• çərşənbə axşamı, 19 mart, 06:04
  • Baku Bakı 8°C

"Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır" - Nazir

27.01.21 19:00 550
"Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır" - Nazir
"Fransa cəmiyyətində, eləcə də UNESCO tərəfindən işğaldan azad olunan ərazilərdəki xristian abidələrinə dair fikirlərin daha çox səsləndirilməsi və həmin ərazilərdə dağıdılmış İslam irsi barədə hər hansı mövqeyin ifadə olunmaması Azərbaycanda təəssüflə qarşılanır".
Kaspi.az xəbər verir ki, bunu mədəniyyət naziriAnar KərimovFransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibiJan Batist Lömuanilə görüşdə deyib.
Nazir bildirib ki, dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq, işğaldan azad olunan ərazilərdəki və ümumilikdə Azərbaycandakı bütün inanc yerlərinin, abidələrin qorunması dövlət siyasəti səviyyəsində həyata keçirilir.
Qeyd olunub ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən "Bakı Prosesi”, Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərin Sammiti, habelə bir sıra ölkələrdə müxtəlif dini mədəni məkanların bərpa edilməsi ilə bağlı reallaşdırılan layihələr ölkəmizin bu sahədə siyasətinin açıq göstəricisidir.
banner

Oxşar Xəbərlər