• cümə, 29 Mart, 01:08
  • Baku Bakı 7°C

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vurulub

30.04.17 19:44 1690
"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vurulub
"Formula-1" üzrə mövsümdə sayca 4-cü Soçi Qran-Prisinə yekun vurulub.
"Report"un məlumatına görə, qalib adını "Mercedes"in pilotu Valtteri Bottas qazanıb. O, finişə 1 saat 28 dəqiqə 8,743 saniyəyə çatıb.
Sonrakı iki yeri "Ferrari" pilotları tutub. Sebastyan Fettel ondan 0,617 saniyə geri qalaraq 2-ci, Kimmi Raykonnen isə 11 saniyə gecikərək 3-cü yeri tutub.
Bottas bu mövsüm ilk dəfə Qran-Prinin qalibi olub. Əvvəlki mərhələlərdə "Mercedes"in digər pilotu Luis Hemilton 2, "Ferrari"dən Kimmi Raykonnen 1 dəfə qalib olub. Hemilton bu dəfə 4-cü yerlə kifayətlənib.
Qeyd edək ki, 4 mərhələdən sonra Sebastyan Fettel 86 xalla 1-ci pillədə qərarlaşıb. Luis Hemilton 73 xalla 2-ci, Valtteri Bottas isə 63 xalla 3-cüdür.
Avtomobillərin mübarizəsində isə liderlik 136 xalı olan "Mercedes"ə məxsusdur. "Ferrari" 135 xalla 2-ci, "Red Bull Racing Tag Heuer" isə 57 xalla 3-cüdür.
banner

Oxşar Xəbərlər