• cümə, 29 Mart, 13:42
  • Baku Bakı 14°C

Formula 1 Komissiyasının iclası təxirə salınıb

14.01.19 14:37 751
Formula 1 Komissiyasının iclası təxirə salınıb
Formula 1 Komissiyasının yanvarın 16-da keçirilməsi nəzərdə tutulan iclası gözlənilmədən təxirə salınıb.
AZƏRTACxəbər verir ki, iclasın gündəliyinə 2021-ci ildə Formula 1 yarışlarında ciddi dəyişikliklərə səbəb olacaq texniki reqlamentin, o cümlədən bolidlərin yeni dizaynının müzakirəsi daxil idi. Bununla yanaşı, yanvarın 16-da strateji qrupun iclasının keçiriləcəyi planlaşdırılıb.
Böyük Britaniyanın "RaceFans” nəşrinin məlumatında bildirilir ki, Formula 1 Komissiyasının iclasında müzakirə olunacaq kommersiya və digər məsələlərin müzakirəsinə, həmçinin büdcələrin məhdudlaşdırılması üzrə danışıqlara çox az vaxt qalıb. Nəşrə məlumat verən mənbə deyib: "Yəqin ki, "Liberty” və Beynəlxalq Avtomobil Federasiyasında başa düşüblər ki, onların komissiyanın iclasına təqdim edəcəkləri konkret təkliflər yoxdur. Belə olan halda iştirakçıların dünyanın müxtəlif ölkələrindən bu iclasa gəlməsinin mənası varmı? Əsl hərc-mərclik hökm sürür və bütün bu məsələlərin vaxtında həll olunacağı şübhə altındadır. Problemlərin həlli müddətinin təxirə salınacağı da istisna edilmir”.
Komandalarla bağlanmış kommersiya sazişlərinin müddəti 2020-ci ildə başa çatır. 2021-ci ilin idman və texniki reqlamentləri isə iyunun 30-dək təsdiq olunmalıdır.
banner

Oxşar Xəbərlər