• cümə, 29 Mart, 10:45
  • Baku Bakı 5°C

"Formula 1" komandaları büdcə limitinin azaldılmasına razı oldular

23.05.20 15:07 727
"Formula 1" komandaları büdcə limitinin azaldılmasına razı oldular
"Formula 1" komandaları koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar olaraq xərcləri azaltmaq üçün bir sıra tədbirlər görməyə razılıq veriblər.
"Report" BBC-yə istinadən xəbər verir ki,komandalar büdcə limitinin azaldılması üzrə planın qəbul edilməsinin lehinə səs veriblər. Gələn il bu məbləğ 145 milyon ABŞ dolları, 2022-ci ildə isə 140 milyon dollar olacaq.
Büdcə limiti 2023-cü ildən 2025-ci ilədək 135 milyona endiriləcək.
Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Daha əvvəl 2021-ci il üçün büdcə limiti175 milyon dollar təyin edilib.
banner

Oxşar Xəbərlər