• cümə, 29 Mart, 11:01
  • Baku Bakı 5°C

“Formula-1" ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdiriləcək

17.04.18 18:42 772
“Formula-1" ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdiriləcək
Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə "APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

"Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq”, - deyə deyə M.Ağayev əlavə edib.
banner

Oxşar Xəbərlər