• çərşənbə axşamı, 23 aprel, 13:49
  • Baku Bakı 24°C

“Formula-1”: GP2 seriyası üzrə birinci yarışa yekun vurulub

18.06.16 14:17 1381
“Formula-1”: GP2 seriyası üzrə birinci yarışa yekun vurulub
Bakıda keçirilən GP2 seriyası üzrə birinci yarışa yekun vurulub.
Apasport.az saytının məlumatına görə, artıq ilk mükafatlar sahiblərini tapıb.
"Formula-1”ə dəstək üçün keçirilən GP2-nin birinci yürüşündə 22 pilot 29 dövrəlik yarışda iştirak edib. Ancaq idmançılardan yalnız 10-u finişə çata bilib.
"Prema Racing"in pilotu Antonio Covinatsi finiş xəttini hamıdan birinci keçib. O, buna 1:57.944-lük göstərici ilə nail olub. İkinci yeri ART-nin idmançısı Sergey Sirotkin (1:58.116), üçüncü pilləni isə "Russian Time"nin pilotu Rafael Marçello (1:58.427) tutub.
İlk 3 yeri tutan idmançılar kubokla mükafatlandırılıb. Onlara mükafatları Gənclər və İdman Nazirliyinin müavini İsmayıl İsmayılovla Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev təqdim ediblər.
İlk "10-luq”:
1. 20 Antonio Covinatsi - "Prema Racing"
2. 2 Sergey Sirotkin – ART
3. 9 Rafael Marçello - "Russian Time"
4. 22 Olivyer Roulend - "MP Motorsport"
5. 7 Mitç Evans - "Pertamina Campos Racing"
6. 1 Nobuxara Matsişuta – ART
7. 8 Şon Gelael - "Pertamina Campos Racing"
8. 23 Daniel de Yonq - "MP Motorsport"
9. 15 Luka Qyotto - "Trident"
10. 11 Qustav Malya - "Rapax"
banner

Oxşar Xəbərlər