• şənbə, 20 Aprel, 12:25
  • Baku Bakı 23°C

Formula 1-də ağır qəza – Bolid sıradan çıxdı

27.04.19 17:35 897
Formula 1-də ağır qəza – Bolid sıradan çıxdı
Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda ağır qəza baş verib.
Trend-in məlumatına görə, "Williams” komandasının pilotu Robert Kubica idarəetməni itirərək səkiyə çırplıb. Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb.
Bolid dərhal trekdən evakuasiya edilib.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.
banner

Oxşar Xəbərlər