AZE | RUS | ENG |

"Formula 1" daha 3 il Azərbaycanda keçiriləcək

"Formula 1" yarışı daha 3 il, yəni 2023-cü ilədək Azərbaycanda keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar.

A.Rəhimov qeyd edib ki, "Formula 1" yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.

Nazirin sözlərinə görə, "Formula 1" həmçinin Bakını dünyada idman yarışlarının keçirildiyi bir məkana çevirir: "Bu yarışların keçirilməsi Azərbaycana gələn turistlərin də sayını artırır, ölkəmizi dünyada təbliğ edir".

Qeyd edək ki, "Formula 1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. "Formula 1" üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966