• cümə, 19 Aprel, 04:24
  • Baku Bakı 18°C

Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başa çatıb

27.04.19 15:21 563
Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başa çatıb
Formula 1 SOCAR Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.
Trend-in məlumatına görə, üçüncü sərbəst yürüşündə "Ferrari” komandasının pilotları fərqləniblər.
Şarl Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen ("Red Bull Racing Honda”) tamamlayıb.
Saat 17:00-da isə Formula 1 yarışlarının sıralanma turu keçiriləcək.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.
banner

Oxşar Xəbərlər