• cümə, 19 Aprel, 21:31
  • Baku Bakı 24°C

"Formula 1": Bəhreyn Qran-prisi azarkeşsiz keçiriləcək

09.03.20 15:52 890
"Formula 1": Bəhreyn Qran-prisi azarkeşsiz keçiriləcək
"Formula-1" üzrə Bəhreyn Qran-prisi koronavirus epidemiyasına görə azarkeşsiz keçiriləcək.
"Report" "Autosport"a istinadən xəbər verir ki, bu barədə Qran-pri rəhbərliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, bu addım virusun yayılmasının qarşısını almaq məqsədilə atılıb: "Beynəlxalq tərəfdaşlarla məsləhətləşmədən sonra Qran-prinin azarkeşsiz keçirilməsiqərara alındı.Koronavirusun davamlı yayıldığını nəzərə alsaq, bu vəziyyətdəbeynəlxalq idman tədbirini azarkeşlərin iştirakı ilətəşkil etmək səhv addım olardı".
Qran-prinin televiziya vasitəsilə yayımında isə hər hansı dəyişikliyin olmayacağı bildirilib.
Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatının ikinci mərhələsi olan Bəhreyn Qran-prisi 20-22 martda keçiriləcək.Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində baş tutacaqAbu-Dabi Qran-prisi ilə yekun vurulacaq.
Xatırladaq ki,17-19 apreldə keçirilməli olan Çin Qran-prisi koronavirusa görə təxirə salınıb.
banner

Oxşar Xəbərlər