• cümə, 19 Aprel, 20:26
  • Baku Bakı 24°C

Formula 1 Azərbaycan Qran Prisinin ləğvi ilə bağlı rəsmi məlumat yoxdur

11.06.20 11:37 677
Formula 1 Azərbaycan Qran Prisinin ləğvi ilə bağlı rəsmi məlumat yoxdur
Bakı Şəhər Halqası (BŞH) koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı xarici mətbuatda yayılmış məlumata aydınlıq gətirib.
BŞH-dən Trend-ə verilən məlumata görə, hazırda Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Azərbaycan Qran Prisi hələ də builki Formula 1-in təqvimində təxirə salınmış kimi qalmaqdadır.
BŞH ilə Formula 1 rəhbərliyi arasında müzakirələr davam edir.
Xatırladaq ki, Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı. Koronavirus pandemiyası səbəbindən yarış təxirə salınıb.
banner

Oxşar Xəbərlər