• cümə, 19 Aprel, 17:17
  • Baku Bakı 25°C

Formula 1 Azərbaycan Qran Prisinin Bakı trekində veloyürüş keçirilib

28.04.19 14:46 555
Formula 1 Azərbaycan Qran Prisinin Bakı trekində veloyürüş keçirilib
Formula 1 SOCAR Azərbaycan Qran Prisinin Bakı trekində veloyürüş keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Trend-ə verilən məlumata görə, Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində aprelin 28-də DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi olaraq veloyürüş təşkil edilib.
Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.

banner

Oxşar Xəbərlər