• cümə axşamı, 28 mart, 21:57
  • Baku Bakı 13°C

Formula 1 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb

24.08.19 11:30 5387
Formula 1 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb
Formula 1-in mətbuat xidməti 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb.
AZƏRTACxəbər verir ki, yeni bolidin "Zauber” aerodinamik borusunda ilk sınaqları cari ilin iyul ayında, Almaniya Qran-Prisindən əvvəl təşkil olunub. Testləşdirmələr tam məxfi şəraitdə keçirilib.
Hələ yanvar ayında keçirilən ilk sınaqlarda bolidin 60 faizi 2018-ci ilin maşınının hissələrindən ibarət idi. İkinci testlər mart ayında yerinə yetirilib.
2021-ci ilin bolidinin işlənib hazırlanmasında ötmə əməliyyatı üçün şəraitin yaradılmasına xüsusi diqqət ayrılıb. Bununla bağlı ideya müəllifləri bolidlərin bir-birinin ardınca getməsinə şərait yaratmaqdan ötrü avtomobildən sonra qalan "çirkli” aerodinamik axının aşağı salınmasına çalışırlar.
banner

Oxşar Xəbərlər