AZE | RUS | ENG |

Anti-Azərbaycan qüvvələrin qara piar kampaniyası "Foreign Policy"də

Anti-Azərbaycan qüvvələrin qara piar kampaniyası
"Foreign Policy" jurnalı yenə də öz ampluasındadır. Jurnalda dərc olunan məqalə şübhəsiz ki, ABŞ Dövlət Departamentində kök salmış anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti qara piar kampaniyasının tərkib hissəsidir.
Bəzi xarici QHT-lər bu istiqamətdə canfəşanlığı ilə seçiliblər və onların "hesabatları" anti-Azərbaycan qüvvələr üçün əmsal təşkil edib. Bu da təsadüfi deyil, çünki həmin qüvvələr Azərbaycan haqqında açıq şəkildə deyə bilmədikləri "ifadələri", sərgiləmək istədikləri nifrətlərini onların vasitəsilə açıqlamış, sonra isə həmin ifadələri özləri üçün istinad mənbəyinə çevirmişlər. Necə deyərlər, özün bişir, özün ye. Eyni tendensiya bu məqalədə də aydın şəkildə özünü büruzə verir.
Məqalədə yer alan müddəalar həqiqəti əks etdirmir və tamamilə böhtan xarakterlidir. Birincisi, Mehman Hüseynov mətbuat nümayəndəsi deyil və mətbuat fəaliyyətinə görə həbs olunmayıb. Onun həbs səbəbi də, növbəti dəfə barəsində cinayət işi açılması da Cinayət Məcəlləsinin müvafiq maddələrinə görədir.
M.Hüseynovun vəziyyəti ilə bağlı Azərbaycanın müvafiq qurumlarının - Penitensiar Xidmətin, Ombudsman Aparatının, eləcə də hüquq müdafiəçilərinin mövqeləri mövcuddur və məhkumun özü də vəziyyəti ilə bağlı mətbuata müraciət edib. Məqalə müəllifləri onlara da istinad edə bilərdi.
Eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ötən həftə M.Hüseynova baş çəkmişlər və vəziyyətlə yerindəcə tanış olmuşlar. Onların bu istiqamətdə heç bir narazılığı olmamışdır. Məqalə müəlliflərinin gözündən bu məqam necə qaça bilər?
M.Hüseynovun qardaşı Emin Hüseynov müəyyən qüvvələrin təsirinə düşərək öz maddi marağını üstün tutub, öz doğma qardaşının səhhətini, psixoloji vəziyyətini fikirləşmək yerinə, onun barəsində təkrar cinayət işi başlaması məsələsində başqa məqamlar axtarmağa çalışdı. O qardaşına baş çəkmiş diplomatik korpusun nümayəndələrinə qarşı təhqiredici ifadələr işlətməkdən belə çəkinmədi.
Azərbaycan dövlətinin rəhbərini Azərbaycan xalqı seçir, Azərbaycandakı demokratiyanın səviyyəsini Azərbaycan xalqının iradəsi müəyyənləşdirir və heç bir kənar qüvvənin Azərbaycan demokratiyasını müzakirə etməyə mənəvi haqqı yoxdur. Həmin qüvvələr hər şeydən əvvəl öz ölkələrindəki vəziyyəti obyektiv müzakirə etsələr, daha məqbul olardı.
Azərbaycanda hökumət korrupsiyanın tamamilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb, islahatlar aparıb və "ASAN xidmət" timsalında özünün brendini yaradıb. Azərbaycanın bu fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilib və nümunə kimi digər ölkələrə, hətta Avropanın özünə təklif olunub. Nədənsə Azərbaycanın bu uğurunu məqalə müəllifləri görmək belə istəməyiblər. Onların niyyəti əvvəlcədən müəyyən edildiyi üçün, məqalənin mətni də bizim üçün sürpriz təşkil etmir.
Hansısa peşənin sahibi olmaq vətəndaşı cinayət məsuliyyətindən azad etmir. Azərbaycanda siyasi məhbus yoxdur və istinad edilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cinayət əməllərinə görə həbs olunublar.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045