• çərşənbə axşamı, 23 aprel, 20:19
  • Baku Bakı 20°C

Forbes: “Trampın qələbəsi rusiyalı milyarderləri zənginləşdirib”

10.01.17 09:45 770
Forbes: “Trampın qələbəsi rusiyalı milyarderləri zənginləşdirib”
Donald Trampın ABŞ-da prezident seçkilərində qələbəsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb.
APA-nın "Forbes” jurnalına istinadən verdiyi xəbərə görə, bu, milli valyutanın möhkəmlənməsi və qiymətli kağızların dəyərlərinin artması ilə izah olunur.
Noyabrın 8-dən sonra milyarderlər arasında sərvətini ən çox artıran "NOVATEK”-in rəhbəri Leonid Mihelson olub. "Forbes”a görə, onun aktivləri 1,9 milyard dollar artaraq 18,2 milyard dollar təşkil edib. L.Mihelson 2016-cı ilin nəticələrinə görə Rusiya milyarderlərinin reytinqinə başçılıq edir.
Jurnalın yazdığına görə, Trampın qələbəsindən sonra amerikalı milyarderlərin sərvəti orta hesabla 2,8% artıb, ən varlı rusiyalılar isə 7,1% zənginləşib.
banner

Oxşar Xəbərlər