• cümə, 19 Aprel, 18:55
  • Baku Bakı 24°C

"Forbes" bu il ən çox gəlir əldə edən musiqiçilərin siyahısını açıqlayıb

07.12.19 15:15 600
"Forbes" bu il ən çox gəlir əldə edən musiqiçilərin siyahısını açıqlayıb
"Forbes” jurnalı 2019-cu ildə ən çox qazanan musiqiçilərin adlarını açıqlayıb.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, reytinqdə birinci pillədə hesabat dövründə 185 milyon dollar qazanmış Teylor Svift qərarlaşıb.
İkinci sırada Kayne Uest (150 milyon dollar), üçüncü pillədə isə Ed Şiran (110 milyon dollar) yer alıb.
Sonrakı pillələrdə "The Eagles” rok-qrupu (100 milyon dollar), Elton Con (84 milyon dollar), Jay-Z və Beyons (81 milyon dollar) qərarlaşıb.
banner

Oxşar Xəbərlər