Foqts Şimali İrlandiya ilə oyuna 26 futbolçu çağırdı

Foqts Şimali İrlandiya ilə oyuna 26 futbolçu çağırdı

İdman
01 Noyabr 2012, 17:23 1155
Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Şimali İrlandiya ilə Belfastda keçiriləcək oyuna 26 futbolçu çağırıb.
Bunlardan "Neftçi"nin kapitanı Rəşad Sadiqovun uzun fasilədən sonra çağırılmağı əsas diqqəti çəkən məqamdır. "Simurq"un kapitanı Rasim Ramaldanov isə ümumiyyətlə, ilk dəfə milliyə dəvət olunub. Qapıçı Kamran Ağayev cəzalı, millimizin kapitanı Rəşad Sadıqov zədəli olduğundan, heyətdən kənarda qalıb. Foqts müəyyən fasilədən sonra Rizvan Umarov, Uğur Pamuk, Hacı Əhmədova dəvət göndərib.
Qapıçılar: Anar Nəzirov ("Qəbələ"), Səlahət Ağayev ("Sumqayıt"), Andrey Popoviç ("Turan")
Müdafiəçilər: Vladimir Levin ("İnter"), Bədavi Hüseynov, Maksim Medvedev, Hacı Əhmədov (hamısı "Qarabağ"), Əli Gökdəmir ("Hannover 96", Almaniya), Aqil Nəbiyev (AZAL), Ruslan Abışov ("Xəzər Lənkəran"), Elhad Nəziri ("Milsami", Moldova), Murad Ağayev ("Sumqayıt"), Rasim Ramaldanov ("Simurq")
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov ("Qəbələ"), Rəşad Sadiqov ("Neftçi"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Mahir Şükürov ("Neftçi"), Cavid Hüseynov ("Adana Dəmirspor", Türkiyə), Elvin Məmmədov ("Bakı"), Rizvan Umarov ("Elçe", İspaniya), Uğur Pamuk ("Sumqayıt")
Hücumçular: Branimir Subaşiç ("Xəzər Lənkəran"), Vüqar Nadirov, Vaqif Cavadov, Rauf Əliyev (hamısı "Qarabağ"), Cihan Özkara ("Ərciyəsspor", Türkiyə)
Qeyd edək ki, Şükürovla Sadiqov noyabrın 9-da, Gökdəmirlə Özkara isə noyabrın 12-də millinin heyətinə qoşulacaqlar.
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də səfərdə qarşılaşacağımız Şimali İrlandiya ilə oyuna viza açdırmaq üçün məndən pasportumu istəmişdilər. Bu da məni çox sevindirmişdi. Çünki uzun müddətdən sonra yenidən milliyə dəvət alacağımı gözləyirdim. "Qarabağ"ın əsas heyətində ardıcıl oyunlar keçirməyim də milliyə dəvət almaq ehtimalını artırırdı. Lakin son turda "Qəbələ" ilə görüşdə əsas heyətdə oynamadığım üçün milliyə dəvət almadım. Bu da mənə psixoloji cəhətdən çox pis təsir etdi".
Bu sözləri Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyev millinin son təlim-məşq toplanışına çağırılmamasına münasibət bildirərkən deyib.
Bununla belə, F.Vəliyev yenidən milliyə dəvət alacağına ümidvar olduğunu bildirib: "Ümid edirəm ki, baş məşqçi Qurban Qurbanov yenidən mənə "Qarabağ"ın əsas heyətində şans verəcək. Çünki bu mənim milliyə dəvət almağım üçün əsas amildir. Ümidimi itirmirəm və gələcəyə nikbin baxıram. Milli komandada oynamaq üçün hazıram. Bunu hər zaman sübut etmişəm. Yığmada xeyli uğurlu çıxışlarım da olub. Əgər "Qarabağ"da mütəmadi oynasam, Berti Foqtsun da məni yığmaya çağıracağına inanıram".