• cümə, 29 Mart, 17:56
  • Baku Bakı 14°C

Foqts köməkçilərini kəşfiyyata göndərdi

13.08.13 11:44 1193
Foqts köməkçilərini kəşfiyyata göndərdi
Azərbaycan milli komandasının məşqçiləri DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərinin oyunlarını izləyəcək. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, yığmamızın avqustun 14-də meydana çıxacaq 2 rəqibinin oyununda Berti Foqtsun köməkçiləri də iştirak edəcəklər.
Sabah Belfastda DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya - Rusiya oyunu baş tutacaq. Bu qarşılaşmanı almaniyalı məşqçimiz Olaf Yansen izləyəcək. Kiyevdə isə Ukrayna və İsrail millilərinin yoldaşlıq görüşü keçiriləcək. Bu oyunu izləmək üçün Nazim Süleymanov Ukraynaya yollanıb.
banner

Oxşar Xəbərlər