• cümə axşamı, 25 aprel, 13:39
  • Baku Bakı 23°C

Foqts bizi pis vəziyyətdə qoydu - Rövnəq Abdullayev

07.11.14 13:35 1273
Foqts bizi pis vəziyyətdə qoydu - Rövnəq Abdullayev
Azərbaycanın futbol üzrə millisinin yeni baş məşqçisi əcnəbi olacaq.
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bunu cümə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, orta səviyyəli məşqçi ilə bir illik müqavilə bağlanacaq, bu yoxlanışdan sonra qərar veriləcək: "Belə bir məsəl var, atları yarı yolda dəyişməzlər. Berti Foqts bizi pis vəziyyətdə qoydu. Yarı yolda qoyub getdi. İndi yeni baş məşqçi ilə bağlı fikirləşirik".
"Qarabağ"- "Dnepr" oyununu şərh edərkən isə R.Abdullayev deyib ki, "Qarabağ" yaxşı oynadı, sadəcə bəxti gətirmədi.
banner

Oxşar Xəbərlər