• cümə, 29 Mart, 09:28
  • Baku Bakı 5°C

“Football Leaks” Qvardiolanın xəyanətini açıqladı

08.11.18 11:20 687
“Football Leaks” Qvardiolanın xəyanətini açıqladı
"Football Leaks” futbol dünyasını silkələyən məlumatları bir-birinin ardınca açıqlayır.
Kaspi.az xəbər verir ki, növbəti belə sensasiyalı məlumat "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola” ilə bağlıdır. Məlumat Qvardiolanın "Bavariya”ya xəyanəti barədədir.
Sən demə, Pep "Mançester Siti” ilə hələ "Bavariya”nı tərk etməzdən 6 ay əvvəl müqavilə bağlayıbmış. Onunla "Siti” arasında rəsmi müqavilə tam məxfi şəkildə 2015-ci ilin oktyabrın 10-da bağlanıb.
Qvardiola isə "Bavariya”nı yalnız 2016-cı ilin yayında tərk edib. Pep "Siti”də ilk mövsümdə 15,5 milyon avro qazanıb. Növbəti mövsüm isə onun qazancı 19,1 milyon avroya yüksəlib.
banner

Oxşar Xəbərlər