• cümə axşamı, 28 mart, 19:02
  • Baku Bakı 13°C

Fond birjasının rəhbəri: Azərbaycanda səhmlərin ilkin yerləşdirilməsi keçiriləcək

09.03.17 15:00 977
Fond birjasının rəhbəri: Azərbaycanda səhmlərin ilkin yerləşdirilməsi keçiriləcək
Yaxın zamanlarda Azərbaycanda birinci dəfə səhmlərin ilkin yerləşdirilməsi (IPO) keçiriləcək.
Trend-in məlumatına görə, bunu Bakı Fond Birjasının (BFB) idarə heyəti sədrinin vəzifələrini icra edən Vüqar Namazov deyib.
Onun sözlərinə görə, bu həm də şirkətlərin özündən asılıdır:"Onlar IPO-nun keçirilməsinə hazır olmalıdır. Biz onları səhmlərinin ilkin yerləşdirilməsinə məcbur edə bilmərik, bu, bazar prinsiplərinə ziddir”.
BFB-nin rəhbəri qeyd edib ki, bəzi şirkətlərlə müvafiq danışıqlar aparılır.
banner

Oxşar Xəbərlər