• çərşənbə axşamı, 23 aprel, 22:01
  • Baku Bakı 20°C

Flavinyonu bağışladılar

04.12.13 08:57 1066
Flavinyonu bağışladılar
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu Flavinyo barədə müraciətə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
AFFA-nın İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Flavinyo barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarı qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Flavinyo analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun. (AFFA)
banner

Oxşar Xəbərlər