Fiziki qüsurlu Murada dəstək olmaq üçün konsert keçiriləcək
Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Binəqədi rayonu Gənclər və
İdman İdarəsinin birgə təşkilatçılığı ilə 7 iyul saat 19 : 00 – da Binəqədi rayonu Heydər Əliyev adına İstirahət
Parkında fiziki gerilikdən əziyyət çəkən Ağdam Məcburi köçkünü 16 yaşlı Murad
balaya dəstək üçün "Ramazanda Birləşək” musiqili, şou proqramlı konsert
proqramı təşkil edir.
Həzrəti Muhəmməd Peyğəmbərimizin (s) dediyi kimi, Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Eyni zamanda Ramazan yarımlaşma, paylaşma ayıdır. Bu məqsədlə də Ramazan ayında hamını bir olmağa dəvət edirik. Biz də Dəcəl Balam Ailə və Uşaq Mərkəzi olaraq düşündük ki, ətrafımızda olan xeyirsevər insanlarla birlikdə bu müqəddəs ayın sevincini paylaşaq. Paylaşaq ki, bu sevincdən ehtiyacı olan Murad balaya da pay düşsün.

Murad hazırda 16 yaşındadır. Amma ilk görünüşdən 9 yaşda uşaq kimi
görünür. Nanizm xəstəliyindən əziyyət çəkən Muradın hələki inkişaf şansı var. Nə
qədər ki, sümükləri birləşməyib olunacaq müalicənin Murada xeyri olacaq. Lakin
müalicə üçün hər 4 günə bir iynə tələb olunur ki, onun da qiyməti minimum 260 manatdır.
Sanatoriyada məskunlaşan bir məcburi köçkün ailəsinin bu müalicəni etdirməyə
imkanı çatmır. Murad isə artıq böyümək istəyir. Məktəb yoldaşları ona uşaq kimi
davrandıqlarına görə məktəbə belə gedə bilməyib.
Müalicə olunmazsa Murad 16 yaşında ikən qocalmağa başlayacaq.
Hər birinizi Murada dəstək üçün 7 iyul saat 19 : 00 – da Binəqədi rayonu Heydər Əliyev adına İstirahət
Parkında keçiriləcək " Ramazanda Birləşək” musiqili, şou proqramlı konsert
proqramına dəvət edirik. Həm Muradla canlı tanış olarsınız, həm açıq havada
konsert proqramını izləyərsiniz, həm də dəstəyinizi əsirgəmərsiniz.