• cümə axşamı, 25 aprel, 14:05
  • Baku Bakı 23°C

"Fitch": Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib

18.08.18 17:15 473
"Fitch": Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib
Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Fitch" Beynəlxalq Reytinq Agentliyi məlumat yayıb.
Belə ki, "Fitch" Rusiyanın reytinqini "BBB-" səviyyəsində, müsbət proqnozlaşdırıb.Ammaekspertlər əvvəllər məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatında qeyri-sabitliyə gətirib çıxardığını bildirirdilər.
Həmçinin, "Fitch" Beynəlxalq Reytinq Agentliyi Rusiya ÜDM-nin böyüməsinin ilin sonuna kimi 1,8 % olacağını ehtimal edir.
Xatırladaq ki, bu ilin aprelindən ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.
banner

Oxşar Xəbərlər