• cümə axşamı, 28 mart, 21:20
  • Baku Bakı 13°C

“Fitch” Latviyanın reytinqini “A-” səviyyəsində təsdiq edib

15.04.19 11:00 493
“Fitch” Latviyanın reytinqini “A-” səviyyəsində təsdiq edib
"Fitch” agentliyi Latviyanın uzun müddətli xarici valyutada emitent defolt reytinqini "A-” sabit olaraq təsdiqləyib.
AZƏRTACxəbər verir ki, Latviyanın yüksək kredit dərəcəsini dəstəkləyən əsas amillər kimi "Fitch” ölkənin maliyyə gücünü, həmçinin institusional sabitliyini və Avropa Birliyində üzvlüyünü əsas götürüb. Sakinlərin aşağı gəlirləri, eyni zamanda, oxşar kredit reytinqi olan digər ölkələrlə müqayisədə ümumi daxili məhsulun və xarici borcun daha yüksək qeyri-sabitliyi Latviyanın əsas problemləri kimi müəyyən edilib.
"Fitch” qeyd edib ki, Latviya iqtisadiyyatı ötən il 4,8 faiz artıb və bu, yeddi il ərzində ən yüksək artım olub. Cari və 2020-ci ildə ölkə ÜDM-nin 3,1 faiz artacağı da proqnozlaşdırılıb.
banner

Oxşar Xəbərlər