• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

"Fitch" Azərbaycanda makroiqtisadi şəraitin yaxşılaşdığını qeyd edib

23.11.18 21:12 636
"Fitch" Azərbaycanda makroiqtisadi şəraitin yaxşılaşdığını qeyd edib
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanda makroiqtisadi şəraitin yaxşılaşdığını qeyd edib.
Trend-in məlumatına görə, bu barədə agentliyin yeni hesabatında deyilir.
Qeyd olunur ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatı 0,8 faiz, qeyri-neft ÜDM-i isə bir faiz artıb. İnflyasiya 2017-ci ilin yekunları ilə müqayisədə 12,9 faizdən 2,4 faizə düşüb. Oktyabr ayında isə Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsini 9,75 faizədək azaldıb:
"Bu amillər Azərbaycan iqtisadiyyatının 2014-cü il neft qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı şokdan və hökumətin cavab tədbirlərindən, o cümlədən manatın məzənnəsinin azaldılması, daha sərt vergi siyasəti və bank sektorunun restrukturizasiyasından sonra bərpasını təsdiq edir”.
Yekunda, bu amillər hökumət üçün qeyri-neft sektoruna investisiyaları artırmaq və kreditləşmə həcminin qismən artırılması yolu ilə maliyyə-kredit siyasətini yumşaltmağa imkan yaratdı.
banner

Oxşar Xəbərlər