AZE | RUS | ENG |

"Fitch": Azərbaycanda iqtisadi artım tempi sürətlənəcək

"Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.
 
"APA-Economics” xəbər verir ki, şirkətin Azərbaycanla bağlı hazırladığı "Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, proqnoza əsasən bu il iqtisadi artım 2017-ci illə müqayisədə 1,2%, gələn il isə 3,3% təşkil edəcək.
 
"Nominal ifadədə 2018-ci ildə ÜDM-in 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir. Bundan başqa, Azərbaycanda istehlak qiymətləri indeksinin bu il 9%, gələn il isə 4,8% olacağı proqnozlaşdırılır,” – deyə hesabatda qeyd olunub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163