• çərşənbə axşamı, 19 mart, 14:55
  • Baku Bakı 8°C

"Fitch”: Azərbaycan bankları MDB-də ən güclülərdəndir

23.03.18 09:37 688
"Fitch”: Azərbaycan bankları MDB-də ən güclülərdəndir
"Azərbaycanın bank sektorundakı problemlər azalmağa doğru gedir, buna baxmayaraq problemli kreditlər hələ də əlavə təminat tələb edə bilər”.

"APA-Economics” xəbər verir ki, bu barədə "Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, sektorda problemli aktivlərin artım tempi ləngiyib, ehtiyatlar və kapitallaşma güclənib. Buna baxmayaraq, agentliyin mütəxəssisləri qeyd edir ki, restrukturizasiya olunmuş kreditlər üçün ayrılan ehtiyatların az olması aktivlərin keyfiyyətinə mənfi təsir etməkdə davam edir: "Ötən il Beynəlxalq Bankın öhdəliklərinin və aktivlərinin restrukturizasiyası bank sektorunun ən mühüm inkişaf göstəricisi olub. Bankın bütün problemli aktivləri dövlətə məxsus bank olmayan kredit təşkilatına ötürülüb, riskli aktivləri azalıb və kapital mövqeyi bərpa olunub. Buna baxmayaraq, Beynəlxalq Bankın 1,8 milyard dollar həcmində açıq valyuta mövqeyi qalmaqdadır, lakin bank 2018-ci ilin ortalarına kimi bunu yaxşılaşdırmağıplanlaşdırır”.
banner

Oxşar Xəbərlər