Firəngiz Mütəllimova “qızından“ danışdı

Firəngiz Mütəllimova “qızından“ danışdı

Mədəniyyət
14 Avqust 2013, 14:53 3413
Xalq artisti Firəngiz Mütəllimovanın sosial şəbəkələrdə “qızım” deyə təqdim etdiyi gənc xanımın kimliyi bəlli olub.

Axşam.az xəbər verir ki, övladı olmayan aktrisanın belə müraciəti hər kəs tərəfindən maraqla qarşılanıb.

O, saytımıza açıqlamasında Gülarə adlı gəncin onun bacısı qızı olduğunu deyib:

“Gülarə bacımın qızıdır. Amma həmişə deyirəm ki, mənim övladımdır. Onu balam kimi çox istəyirəm. Ona görə də həmişə öz qızım kimi təqdim edirəm”.

Hazırda Qəbələdə istirahət edən Firəngiz Mütəllimova bu yay xaricə gedə bilmədiyini deyib:

“Bu il Gülarə universitetə imtahan verdi. Başım ona çox qarışdığından ancaq Azərbaycanda istirahətə imkan tapa bildim”.