• cümə axşamı, 28 mart, 20:53
  • Baku Bakı 13°C

Firəngiz Əlizadənin yubileyi təntənəli şəkildə qeyd olunub

03.06.17 19:00 1852
Firəngiz Əlizadənin yubileyi təntənəli şəkildə qeyd olunub
İyunun 2-dən 5-dək xalq artisti, "Şöhrət” və "Şərəf” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri,UNESCO-nun "Sülh artisti”, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.
İttifaqdanAPA-ya verilən məlumata görə, ötən gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində ilk tədbir - F.Əlizadənin simfonik əsələrindən ibarət konsert olub.
Mədəniyyət və Turizm Nazirliyivə Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Yubilyarı təbrik edən mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. "Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir. Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir", - deyə o bildirib.
Nazir vurğulayıb ki, F.Əlizadə "Muğam aləmi" və "İpək Yolu" beynəlxalq musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında da öz töhfəsini verir.
Diqqətə çatdırılıb ki, onun "İntizar”, "Sənin adın Dənizdir”, "Ağ atlı oğlan” operaları, "Boş beşik” və "Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün "Habilsayağı”, "Muğamsayağı”, "Oazis”, "Dərviş”, "Abşeron”, "Silk road”, violonçel və orkestr üçün konsert və digər əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.
Nazir deyib ki, həyatı boyu yaradıcılıq axtarışında olan F.Əlizadə ömrünün 70-ci baharında da ənənəsinə sadiqdir: "O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək".
Yubilyarı bir daha təbrik edən Ə.Qarayev Azərbaycan prezidentinin sərəncamına əsasən təltif edilən xalq artisti "Şərəf” ordenini təqdim edib.
Firəngiz Əlizadə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezidentİlham Əliyevə minnətdarlığını bildirib. O, bu ordeni bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinə və bu məktəbin böyük simalarının zəhmətinə verilən qiymət kimi dəyərləndirib.
Xalq Artisti Azərbaycan mədəniyyətinin təbliği istiqamətində reallaşdırılan böyük layihələrə görə Heydər Əliyev Fonduna və hər zaman yaradıcı insanlara xüsusi diqqət və qayğı göstərən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğulayıb.
Daha sonra səhnəyə çıxan TÜRKSOY-n baş katibi Düsen Kaseinov da yubilyarı təbrik edərərk , onun təkcə Azərbaycan xalqının deyil bütün türk dünyasınını fəxri olduğunu vurğulayıb. O. TÜRKSOY-un "Onur"(Şərəf) medalını Firəngiz xanıma təqdim edib.
Tədbir konsert proqramı ilə davam edib. Konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə bəstəkarın müxtəlif illərdə yazdığı Fortepiano və orkestr üçün konsert, "İntizar” operasından Əslinin ariyası, xor, orkestr və solistlər üçün - "Nasimi Passion” əsərləri səsləndirilib. Orkestrə Xalq Artisti Fəxrəddin Kərimov dirijorluq edib.
Qeyd edək ki, bununla da F.Əlizadənin 70 illiyinə həsr olunmuş musiqi festivalına iyunun2-də start verilib. İyunun 5-dək davam edəcək festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində, Dövlət Filarmoniyasında və Bəstəkarlar İttifaqının konsert zalında silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərdə bəstəkarın əsərləri səsləndiriləcək, onun yaradıcılığından bəhs edən elmi-konfrans təşkil olunacaq və sənətkara həsr edilmiş film nümayiş ediləcək.
banner

Oxşar Xəbərlər