Fiqodan çağırış -

Fiqodan çağırış - "Mən də Bakıda olacam" - Video

İdman
24 May 2019, 16:22 1712
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı çağırış edib. 
 
46 yaşlı veteran yarımmüdafiəçi həlledici görüşü izləmək üçün Azərbaycana gələcəyini söyləyib: 

"Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”. 

Xatırladaq ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal” və "Çelsi" arasında keçiriləcək keçiriləcək.