• cümə, 19 Aprel, 14:01
  • Baku Bakı 25°C

Finlandiyada parlament seçkiləri başlayıb

14.04.19 12:15 521
Finlandiyada parlament seçkiləri başlayıb
Finlandiyada yerli vaxtla saat 09:00-da parlament seçkiləri başlayıb.
Trend-in məlumatına görə, ölkə ərazisində 911 seçki məntəqəsi açılıb. Əhalinin 36,5 faizi 3-9 aprel tarixlərində vaxtından əvvəl səs verib və ilk öncə məntəqələr baölandıqdan sonra - saat 20:00-da bu səsvermənin nəticələri elan ediləcək.
Finlandiyanın 18 yaşa çatmış hər bir vətəndaşı səsvermə hüququna malikdir. Hər bir seçici şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.
Ölkə 13 seçki dairəsinə bölünüb. Ölkədə 4 255 466 seçici hüququna malik insan var.
Ümumilikdə parlament seçkilərində 19 partiyanı təmsil edən 2468 namizəd var.
banner

Oxşar Xəbərlər