• cümə, 19 Aprel, 23:32
  • Baku Bakı 24°C

Finlandiya müşahidə qrupu: Seçkilər şəffaf, ədalətli və azad mühitdə keçib

12.04.18 12:45 493
Finlandiya müşahidə qrupu: Seçkilər şəffaf, ədalətli və azad mühitdə keçib
Azərbaycanda seçki prosesi peşəkar və səmərəli qaydada aparılıb.

APA-nın məlumatına görə, bu sözləri Finlandiya müşahidə qrupunun üzvü Juha Korkeaoya deyib.

O bildirib ki, seçkilər beynəlxalq normalara uyğun təşkil edilib, şəffaf, ədalətli və azad mühitdə keçib: "Səsvermə zamanı seçki məntəqələri yaxınlığında kampaniya aparılmırdı, məntəqələrə sərbəst və məhdudiyyətsiz giriş var idi. Seçicilər lazımi qaydada qeydiyyatdan keçirilib seçici siyahısına daxil edilmişdi".
banner

Oxşar Xəbərlər