• şənbə, 20 Aprel, 09:34
  • Baku Bakı 14°C

Finaldan dərhal sonra onu dilə tutub

10.06.19 15:30 719
Finaldan dərhal sonra onu dilə tutub
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo "Ayaks”ın oyunçusu Matteis de Liqtə Turinə gəlməyi tövsiyə edib.
Kaspi.az xəbər verir ki, Ronaldo Millətlər Liqasının finalında keçirilən Portuqaliya-Hollandiya qarşılaşmasından dərhal sonra Liqtə yaxınlaşaraq onu dilə tutub. Bu barədə Matteis özü məlumat verib:
"Ronaldo mənə "Yuventus”a keçməyi məsləhət gördü. Düzü, əvvəlcə şoka düşdüm, ona görə də onun dediklərinə gülümsəməklə cavab verdim.
İndi istirahətə gedirəm. Bu müddətdə yaxşı-yaxşı fikirləşməliyəm ki, hansı kluba keçsəm, karyeram daha yaxşı alınar. Seçimi düzgün etməli, mütəmadi oynaya biləcəyim komandaya keçməliyəm.
Portuqaliya Millətlər Liqasının finalında Hollandiyaya qalib gəlib – 1:0.
banner

Oxşar Xəbərlər