AZE | RUS | ENG |

"Final oyununu keçirərkən qarşımıza siyasi məqsədlər qoymamışıq"

"Amnesty International” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib. Məsələ ilə bağlı SİA-ya açıqlama verən Milli Məclisin sədr müavini Bahar Muradova deyib: "Biz mayın 29-da Avropa Liqasının finalının Bakıda keçirilməsinə ev sahibliyi edərkən və bu təşəbbüsə müəlliflik edərkən heç də qarşımıza siyasi məqsədlər qoymamışıq. Təbii ki, bunun da bu şəkildə istifadəsini məqbul hesab etmirik”.
Vitse-spiker həmçinin Ermənistanda son 1 il ərzində baş verən proseslərə də toxunub: "Ermənistanda baş verən ən gözəçarpan yeniliklərdən biri bir neçə gün bundan öncə baş verən hadisəyə rəğmən söyləyərdim ki, Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlara çağırış etdi ki, müstəqil məhkəmələrin qarşısında piket yaratsınlar və hakimlərin işinə maneçilik törətsinlər. Avropa Şurası və digər beynəlxalq təşkilatlar da çox haqlı olaraq bu məsələni pislədilər, məhkəmələrin və hakimlərin müstəqilliyinə, sərbəst fəaliyyətinə yaradılan bu maneələrin qanunauyğun olmadığını vurğuladılar. Mən hətta bir qədər də irəli gedərək beynəlxalq təşkilatlardan bundan çıxan konkret nəticələr verə bilən sənədlərin qəbul olunmasını istərdim. Elə bircə bu fakt hesab edirəm ki, inqilabın, demokratik dəyişikliklərin və guya bu atılan addımların hamısının xalqın mənafeyinə uyğun olduğunu bəyan etmələrin nədən ibarət olduğunu açıq şəkildə ortaya qoyur. Bu bir il ərzində hakimiyyətdə istər Paşinyan, istərsə də qeyri birisi kim olsaydı belə onun möcüzə çubuğu yoxdur. Görünür yenə də piketlər, mitinqlər, kütləvi tədbirlər vasitəsilə əhalinin diqqətini əsas məqsəddən, son bir il ərzindəki fəaliyyətsizlikdən və heç bir nəticənin olmamasından yayındırmaq istəyir”.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945