• şənbə, 20 Aprel, 00:37
  • Baku Bakı 15°C

Film-kataloq: “Gəlin, güllərdən danışaq”

11.05.17 16:00 1485
Film-kataloq: “Gəlin, güllərdən danışaq”
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsi "Gəlin, güllərdən danışaq” adlı film-kataloq hazırlayıb.
Bu barədəAZƏRTAC-a Kino Xidməti İdarəsinin rəhbəri Gültəkin Nəriman məlumat verib: film-kataloqa "Çiçək yağışı”, "Güllər səltənəti”, "Çiçəklər dünyası”, "Təbiət möcüzəsi” və "Bahar təravəti” adlı ekran əsərləri daxildir.
Rejissoru və ssenari müəllifi G.Nəriman olan ekran əsərlərində 2011-ci ildən 2015-ci ilədək Bakıda keçirilmiş Gül bayramlarından bəhs olunur.
"Filmlər Gül bayramlarında sərgilənən hər bir kompozisiyanı, incə əl işlərini tarixin yaddaşına köçürüb. Çəkilişlər bayramın hazırlıq mərhələsindən son gününədək davam edib. Ekran əsərlərində təkcə güllərdən, çiçəklərdən danışılmır. Eyni zamanda, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafında tarixi rolu, mədəniyyətimizə diqqət və qayğısı, ölkəmizin və xalqımızın gələcəyinə hesablanmış uzaqgörən siyasəti canlandırılır”, - deyə G.Nəriman vurğulayıb.
Film-kataloqun ictimaiyyətə yaxın günlərdə təqdim olunması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər