AZE | RUS | ENG |

Filippində 456 nəfər tropik qızdırmadan ölüb

Filippində 456 nəfər tropik qızdırmadan ölüb
Filippinin Səhiyyə Nazirliyi bu ilin yanvarından bəri ölkədə 456 nəfərin tropik qızdırmadan öldüyünü bildirib və bununla bağlı fövqəladə vəziyyət elan edib.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Filippində 2019-cu ilin altı ayı ərzində 100 min nəfərdə tropik qızdırması aşkar edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 85 faiz çoxdur. Qeyd olunur ki, ölkə əhalisinin 20 faizinin məskunlaşdığı dörd regionda epidemiya vəziyyəti elan edilib. Səhiyyə işçiləri digər bölgələrdə də epidemiyanın yayılması ehtimalını öyrənirlər.
Ağcaqanadlar vasitəsilə yayılan tropik qızdırma baş, əzələ ağrılarına səbəb olur, habelə şiddətli qızdırma nəticəsində yüksək halsızlıq müşahidə olunur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il milyonlarla insan bu xəstəliyə tutulur, orta hesabla 12,500 nəfər həyatını itirir. Kəskin tropik və subtropik iqlimə malik olan Filippində, Hindistanda və Braziliyada tropik qızdırmaya yoluxma halları daha çoxdur. Birləşmiş Ştatların cənub bölgələrində, Avstraliyanın mərkəzində, Çin və Yaponiyada da bu xəstəlik geniş yayılıb.
Hazırda Filippinin səhiyyə işçiləri müalicə-profilaktika işləri aparırlar. Eyni zamanda, ağcaqanadların məhv edilməsi üçün tədbirlər görülür.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873