• çərşənbə axşamı, 19 mart, 12:42
  • Baku Bakı 8°C

Filip Pulmanın qəhrəmanı Nur Huda əl-Vahabi oldu

04.07.17 12:40 4902
Filip Pulmanın qəhrəmanı Nur Huda əl-Vahabi oldu
Marqaret Etvud, Cakolin Uilson və Filip Pulman növbəti əsərlərinin baş qəhrəmanının adını satışa çıxarıb. Belə ki, baş qəhrəman adı üçün kim çox pul ödəsə, müəllif yaratdığı obraza onun istədiyi adı verəcək.Bu ideya cari ilin iyun ayının 14-də Londonun gözbəbəklərindən sayılan "Grenfell Tower” yaşayış binasında 80 nəfərin ölümü ilə nəticələnmiş yanğında zərər çəkmiş ailələrə dəstək barəsində danışıqlar zamanı ortaya atılıb. Amerikalı yazar Filip Pulmanın "Geridə qalanların hekayəsi” ("The book of dust”) əsəri daha tez zamanda nəşrə gedəcəyi üçün ilk auksionda onun yaratdığı baş qəhrəmanın adı satışa çıxarılıb. Ad üçün qoyulan hədd 3000 funt sterlinq olsa da, çox qısa zamanda israrla faciəvi şəkildə dünyasını dəyişmiş şagirdinin adını əbədiləşdirmək istəyən müəllim Ceyms Klementin inadkarlığı sayəsində 32400 funt sterlinqə (71000 manat – red.) qalxıb. Beləliklə, Filip Pulmanın nəşrə hazırlaşan kitabının baş qəhrəmanının adı məlum olub – Nur Huda əl-Vahabi.
İşin maraqlı tərəfi isə odur ki, Nur Hudanın adı üçün ödənilən vəsait də müəllimi Ceyms Klementin başlatdığı ianə kampaniyasında yığılıb. Hərracdan sonra mətbuata açıqlama verən Filip Pulman: "Mən özüm də müəlliməm. Ceymsin yerinə qoydum özümü. Onun cəsarəti, şagirdinə bağlılığı, onun körpə ruhunusevindirmək naminə etdikləri alqışa layiqdir. Hərrac başlayanda onun inadkarlığını gördüm və düşündüm ki, əgər adı başqası alsa belə, mən mütləq növbəti romanda Klementin arzusunu təmənnasız yerinə yetirəcəyəm. Amma Ceymsin təkcə qərarlılığı yox, əldə etdiyi nəticə də məni heyrətə saldı. Tanımadığım bir insanın ölümü məni sarsdı. Ümid edirəm ki, Nur Hudanın adını verəcəyim qəhrəmanın hekayəsi bu işdə Ceymsə dəstək verənlərin ürəyinə yatar”.
Şagirdinin adı ilə danışacaq qəhrəmanı oxumaq üçün səbirsizlənən Ceyms Klement isə bunları deyib: "Hərracda həmin yanğında ölənlərin adı üçün iştirak edənlər vardı. Əlbəttə ki, onlardan birinin adının verilməsi məntiqi idi. Amma mənim sevimli, qoçaq və həyat dolu şagirdimin nakam taleyinə borcum vardı. Nur Hudanı əbədiləşdirən hər kəsə sonsuz təşəkkürümü bildirirəm”.
banner

Oxşar Xəbərlər