• çərşənbə, 24 Aprel, 12:15
  • Baku Bakı 27°C

Filarmoniyada Həmrəylik Gününə həsr olunmuş konsert keçiriləcək

26.12.17 13:45 831
Filarmoniyada Həmrəylik Gününə həsr olunmuş konsert keçiriləcək
Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.
Bu barədə Trend-ə Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İlk dəfə olaraq dekabrın 29-da Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Dövlət mükafat laureatı, "Şöhrət” ordenli, tanınmış drijor, professor Rauf Abdullayevinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti, akademiyanın magistr tələbələrinın iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.
Konsertdə Qərbi Avropa və Rusiya bəstəkarlarının fortepiano ifaları təqdim olunacaq.
banner

Oxşar Xəbərlər