• çərşənbə, 24 Aprel, 13:25
  • Baku Bakı 27°C

Fikrət Yusifov: “Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi yaxın gələcəkdə Naxçıvanı blokadadan çıxaracaq”

30.10.17 17:10 704
Fikrət Yusifov: “Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi yaxın gələcəkdə Naxçıvanı blokadadan çıxaracaq”
"Bakı-Tibilisi-Qars dəmir yolu Azərbaycana kifayət qədər iqtisadi və siyasi dvidentlər gətirəcəkdir”. Bu barədə "Kaspi”yə açıqlamasında "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, professor Fikrət Yusifov bildirib.
Sabiq maliyyə naziri qeyd edib ki, bu yolun istifadəyə verilməsi eyni zamanda qədim ipək yolunun orta xəttinin bərpa olunması deməkdir: "Yeni yol Şərqdən və Cənubdan Azərbaycan üzərindən Qərbə və əksinə yüz milyonlarla ton yükün daşınmasına imkan verəcəkdir. Bu isə öz növbəsində ölkəmizə böyük həcmdə möhkəm valyutanın daxil olmasına gətirib çıxaracaqdır. BTQ dəmir yolu kimi transmilli layihənin imkanlarından yararlana bilməyəcək bir tək ölkə Ermənistan olacaqdır. Məkirli torpaq iddaları ilə erməni xalqını bölgədə reallaşdırılan növbəti transmilli layihənin verə biləcəyi dvidentlərdən məhrum edən siyasi hakimiyyətin iyrənc işğalçı siyasəti Ermənistanı növbəti dəfə pis vəziyyətə saldı. Azərbaycan bu layihəni reallaşdırmaqla öz siyasi çəkisini kifayət qədər artıra bildi. Yeni dəmir yolu xəttinin istifadəyə verilməsi yaxın gələcəkdə Naxçıvanın blokadadan çıxması demək olacaqdır”.
banner

Oxşar Xəbərlər