• cümə, 19 Aprel, 12:24
  • Baku Bakı 25°C

Fikrət Yusifov: “2015-ci ilin sonlarında hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır”

27.03.17 13:05 723
Fikrət Yusifov: “2015-ci ilin sonlarında hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır”
Ötən ilin yanvar-fevral ayları ilə müqaisədə cari ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsulun 0,4 faiz artımı qeydə alınıb. Bu artımı ümumi iqtisadi dirçəlişin başlanğıcı hesab etmək olarmı? İlk baxışda 0,4 faiz həddində artım elə də böyük bir irəliləyiş deyil. Lakin məsələyə bir qədər dərindən yanaşdıqda, belə bir artımın həqiqətən də iqtisadi dirçəlişin başlanğıcı olduğunu görmək mümkündür. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə nəzər salaq. 2016-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul 2015-ci ilin yanvar-fevral ayları ilə müqaisədə 3,2 faiz azalmış, cari ilin iki ayı ərzində isə ÜMD 2016-cı ilin ilk iki ayı ilə müqaisədə 0,4 faiz artmışdı. Deməli cari ilin iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqaisədə iqtisadiyyatda nəinki 0,4 faiz artım baş verib, eyni zamanda ötən ilin əvvəlki iki ayında yaranmış 3,2 faiz geriləmə də aradan qaldırılıb. Beləliklə, biz 2017-ci ilin yanvar-fevral aylarında baş vermiş bu artımın cəmisi 0,4 faiz deyil, ümumilikdə 3,6 faiz (3,2 +0,4) olduğunu görürük. Yəni cari ilin iki ayında sadəcə 0,4 faiz artım əldə edilməyib, eyni zamanda keçən ilin iki ayı ərzində iqtisadiyyatda yaranmış 3,2 faiz geriləmə də aradan qaldırılıb. Bu isə kifayət qədər yaxşı nəticədir və onu iqtisadiyyatda müsbət dəyişikliklərin başlanğıcı kimi dəyərləndirmək lazımdır.
Bu ilin yanvar-fevral aylarında demək olar ki, iqtisadiyyatın əksər sahələrində ötən ilin müvafiq dövrü ilə müqaisədə pozitiv nəticələr əldə olunub. Bir daha rəqəmlərə nəzər salaq. Ötən ilin ilk iki ayı ilə müqaisədə, 2017-ci ilin yanvar-fevral aylarında qeyri-neft Ümumi Daxili Məhsulu 2,3 faiz artıb. Əgər nəzərə alsaq ki, 2016-cı ilin ilin yanvar-fevral aylarında 2015 ci ilin müvafiq dövrü ilə müqaisədə bu göstərici üzrə geriləmə 5,5 faiz olub, deməli qeyri-neft ÜDM-da cari ilin iki ayı ərzindəki artımı 2,3 faiz deyil, 7,8 faiz (2,3 + 5,5) səviyyəsində dəyərləndirilməlidir. Hesabat ilinin iki ayı ərzində qeyri-neft sənayesi 5,0 faiz, əsaslı kapital qoyluşu 5,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 3,2 faiz (o cümlədən bitkiçilik məhsullarının istehsalı 28,8 faiz), yükdaşımaların həcmi 4,4 faiz artmışdı. Ümumi xarici ticarət dövriyyəsində ötən ilin yanvar ayında qeydə alınmış geriləmə cari ilin yanvar ayında 2,6 faizə qədər azalmış, həmin dövrdə qeyri-neft sektorundan ixracın həcmi 49,5 faiz artmışdı.
Bütövlükdə cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır.
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor
banner

Oxşar Xəbərlər