• cümə, 19 Aprel, 08:16
  • Baku Bakı 13°C

Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi

18.09.18 11:45 540
Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi
Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində olan hökmdən prokuror tərəfindən verilən protest və müdafiəçi tərəfindən verilən kasasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmənin qərarı ilə protest və şikayətin heç biri təmin edilməyib.
Qeyd edək ki, Elnur Nəhmətov, Ruslan Məmmədov və Pərviz Hüseynov Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilərək həbs olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Nehmətov 5 il, P.Hüseynov 2 il, R.Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladığından E.Nəhmətovun vəkili qərardan kassasiya şikayəti vermişdi.
banner

Oxşar Xəbərlər