AZE | RUS | ENG |


Fikrət Qoca: "Yalçının düşməni olmayıb"

Fikrət Qoca:
"Yalçının döyülərək öldürülməsi xəbərini sizdən eşidirəm. Xəbərim yox idi. Bilirdim ki, yıxılıb, xəsarət alıb, dünyasını dəyişib".
 
Bunu APA-ya açıqlamasında xalq şairi Fikrət Qoca deyib.
 
Onun sözlərinə görə, Yalçın Qocanın düşməni olmayıb: "Polis məsələnin təfərrüatını açar, mən də bilərəm ki, hadisə necə olub. Mənim düşmənim yoxdur. Yalçının da düşməni olmayıb. Başını aşağı salıb işləyən, yazısını yazan adam idi. Polis də bu günlər ərzində mənə heç nə deməyib. Heç şübhələnmirdim də bu kriminal hadisə ola bilər, onu öldürə bilərlər". 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020