• cümə, 19 Aprel, 16:16
  • Baku Bakı 25°C

FİFA Yunanıstana xəbərdarlıq etdi

13.03.18 12:15 783
FİFA Yunanıstana xəbərdarlıq etdi
FİFA Yunanıstan futbolunda baş verən zorakılıq halları ilə bağlı narahatlıq keçirir.
Kaspi.az xəbər verir ki, FİFA AEK-PAOK qarşılaşmasında baş verən ixtişaşlardan sonra Yunanıstana xəbərdarlıq edib. Ali futbol qurumu futbol oyunlarında zorakılığa son qoyulmasına çağırıb.
FİFA bildirib ki, əks halda Yunanıstan bütün beynəlxalq turnirlərdən uzaqlaşdırılacaq. AEK-PAOK qarşılaşmasında qonaqların vurduğu qol hesaba alınmayandan sonra, PAOK-un prezidenti İvan Savvidi meydana tapança ilə girərək, hakimləri hədələmişdi.
Bu olaydan sonra Yunanıstan hakimiyyəti ölkə çempionatının oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.
banner

Oxşar Xəbərlər