• şənbə, 20 Aprel, 15:36
  • Baku Bakı 23°C

FİFA yoldaşlıq oyunlarını Dünya liqasına çevirir

30.10.17 16:35 1163
FİFA yoldaşlıq oyunlarını Dünya liqasına çevirir
FİFA yoldaşlıq oyunları ilə bağlı dəyişiklik etməyi planlaşdırır.
Kaspi.az xəbər verir ki, FİFA yoldaşlıq oyunlarını Dünya liqası ilə əvəzləmək niyyətindədir. Məlumata görə, turnir bütün ilboyu keçiriləcək.
Komandalar FİFA-nın reytinq siyahısına əsasən, 3 diviziona bölünəcəklər. FİFA bu dəyişikliklə yoldaşlıq görüşlərini populyarlaşdırmağı nəzərdə tutur.
FİFA-nın Dünya liqası UEFA-nın Millətlər liqasının oxşarı olacaq. Bu liqanın yaradılması Braziliya və Argentinanın narazılığına səbəb olmuşdu. Bu ölkələr Avropa komandaları ilə yoldaşlıq görüşləri keçirməyin çətin olacağından narahatdırlar.
Dünya liqasında ilk görüşlərin 2019-cu ildə keçirilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər