• cümə axşamı, 25 aprel, 05:02
  • Baku Bakı 19°C

FİFA yeni Superçempionat keçirəcək

30.11.17 11:55 2358
FİFA yeni Superçempionat keçirəcək
FİFA klublararası dünya çempionatı ilə bağlı dəyişikliklər edəcək.
Kaspi.az xəbər verir ki, 2021-ci ildən Superçempionat adlanacaq turnirdə 24 komanda iştirak edəcək. Turnir 4 ildən bir keçiriləcək.
FİFA-nın Kəlküttədə keçirilən iclasında bu məsələ ilə bağlı müzakirələr aparılsa da, konkret qərar qəbul olunmamışdı. Bu günlərdə "Marca” turnirin sistemi ilə bağlı məlumatlar əldə edib.
Superçempionatda Avropanın 12 klubu iştirak edəcək. 8 klub Çempionlar Liqasının son qalibləri və finalçılardan ibarət olacaq. Daha 4 komanda isə əmsala görə müəyyənləşəcək.
Cənubi Amerikadan turnirə 5 klub qatılacaq. Qalan 7 komanda isə Afrika, Asiya, Şimali və Mərkəzi Amerikanı, Karib hövzəsi ölkələrini təmsil edəcək.
24 klub hər birində 3 komanda olmaqla 8 qrupa bölünəcək. Qrup qalibləri 1/4 finala vəsiqə qazanacaq. Superçempionat DÇ-yə bir il qalmış təşkilatçı ölkədə keçiriləcək.
banner

Oxşar Xəbərlər