• cümə, 19 Aprel, 18:04
  • Baku Bakı 24°C

FİFA qərar verdi: 6 milyon avro ödənilməlidir

01.10.19 11:22 578
FİFA qərar verdi: 6 milyon avro ödənilməlidir
FİFA "Kardiff”lə "Nanat” arasındakı mübahisə ilə bağlı yekun qərar verib.
Kaspi.az xəbər verir ki, bu klublar arasında mübahisə "Nant”dan "Kardiff”ə keçən və təyyarə qəzasında həlak olan argentinalı futbolçu Emiliano Sala məsələsinə görə yaranmışdı.
Transfer 2019-cu ilin yanvarında reallaşmalı idi. Salanı Fransadan Uelsə aparan təyyarə qəzaya uğramışdı. Futbolçunun transferinə görə 17 milyon avro ödəməli olan "Kardiff”, onun ölümündən sonra bundan imtina etmişdi. Uels klubu fransızların bəzi şərtləri yerinə yetirmədiyini iddia edirdi.
FİFA-nın məsələ ilə bağlı verdiyi son qərarda bildirilir ki, "Kardiff” "Nant”a 6 milyon avro ödəməlidir.
banner

Oxşar Xəbərlər