• şənbə, 20 Aprel, 00:10
  • Baku Bakı 15°C

FİFA “Qarabağ”ın rəqibi ilə bağlı araşdırmaya başladı

20.09.17 15:50 1609
FİFA “Qarabağ”ın rəqibi ilə bağlı araşdırmaya başladı
FİFA "Çelsi” ilə bağlı araşdırmaya başlayıb.Kaspi.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin "Daily Mail” nəşri yayıb. Dünyanın ali futbol qurumu London təmsilçisinin 18 yaşına çatmamış futbolçuların transferində yol verdiyi qanun pozuntularını araşdırır.
FİFA "zadəganlar”la bağlı son 8 ildə 3-cü dəfə oxşar araşdırmaya başlayıb. FİFA-dan "Daily Mail”ə bildirilib ki, araşdırma yekunlaşana kimi heç bir açıqlama verilməyəcək.
Xatırladaq ki, "Çelsi” Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindəndi.
banner

Oxşar Xəbərlər