• çərşənbə axşamı, 19 mart, 08:41
  • Baku Bakı 8°C

FİFA prezidenti “siçovul qaçışı”ndan danışdı

21.09.17 11:25 1223
FİFA prezidenti “siçovul qaçışı”ndan danışdı
FİFA prezidenti Canni İnfantino transfer bazarında baş verən əməliyyatlara münasibət bildirib.
Kaspi.az xəbər verir ki, İnfantino transfer bazarında qiymətlərin sürətlə artmasını "siçovul qaçışı” adlandırıb. O, buna qarşı birgə mübarizə aparmağın vacib olduğunu vurğulayıb:
"Biz transferlərlə bağlı problemi birgə həll etməliyik. Agentlər və transfer pəncərəsi üçün qaydalar qəbul etməliyik. Məni transfer bazarında yaşanan infilyasiya narahat edir.
Bütün bunlar mənə "siçovul qaçışı”nı xatırladır. Baş verənlər klublara zərə vurur. Çalışmalıyıq ki, transferlər çempionatların gedişinə xələl gətirməsin. Pəncərə çempionat başlayana qədər bağlanmalıdır”.
banner

Oxşar Xəbərlər