• cümə, 29 Mart, 09:03
  • Baku Bakı 5°C

FİFA-nın sabiq vitse-prezidenti 5 milyon dollar rüşvət almaqda ittiham olunur

07.04.20 12:15 554
FİFA-nın sabiq vitse-prezidenti 5 milyon dollar rüşvət almaqda ittiham olunur
ABŞ Ədliyyə Nazirliyi FİFA-nın İcraiyyə Komitəsinin üzvlərini rüşvət almaqda ittiham edib.
Apasport.az saytının məlumatına görə, komitə üzvləri DÇ-2018 və DÇ-2022-nin meydan sahibinin seçilməsi zamanı müvafiq olaraq Rusiya ilə Qətərə səs verdiyi üçün rüşvət almaqda günahlandırılır.
İddia olunur ki, FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner DÇ-2018-lə bağlı Rusiyaya səs vermək üçün alınıb. Trinidad və Tobaqodan olan rəsmi ilə yanaşı, qvatemalalı Rafael Salqeroya da rüşvət təklif edilib.
DÇ-2022-nin Qətərə verildiyi səsvermədə Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyra, Cənubi Amerika Futbol Konfederasiyasının 2019-cu ildə vəfat edən paraqvaylı rəhbəri Nikolas Leos və adı çəkilməyən daha bir iştirakçı rüşvət alıb.
Uornerə 5 milyon dollar verilib. O, bu vəsaiti 2010-cu ilin noyabrından 2011-ci ilin aprelinədək 20 müxtəlif yerdən köçürmələrlə alıb. Ödənişlər Kipr, Britaniya Virciniya adalarında olan offşor şirkətlər vasitəsilə gerçəkləşib. Salqeroya 1 milyon dollar təklif olunub. Nazirliyin ittihamında sonuncuya bu məbləğin verilib-verilmədiyi göstərilməyib.
Həmçinin qeyd olunur ki, Uornerin köməkçisi 2010-cu ilin noyabrında elektron məktub alıb. Həmin sənəddə adı açıqlanmayan şəxs Uornerə razılaşmanı yerinə yetirməyi məsləhət görüb.
Qeyd edək ki, 2015-ci ildə Uornerin futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyulub.
banner

Oxşar Xəbərlər